İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın daha bir sabiq futbolçusu müharibədə ölüb

728 28.03.2022 10:07 Hadisə A A

Ukraynanın "Krivbas" klubunun sabiq futbolçusu Volodimir Kolesnik Rusiya ilə müharibədə həlak olub.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, o, Avdeyevkadakı döyüşlərdə ağır yaralanıb.

Kolesnik Dneprdəki xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Volodimir Kolesnik bir dəfə "Krivbas"da əsas komanda ilə məşqlərə qatılıb. Əsasən Ukraynanın həvəskar klublarında çıxış edən futbolçu veteran komandanın da şərəfini qoruyub.

Daha əvvəl "Qostomel" klubundan Dmitri Martinenko, "Karpati" (Lvov) komandasından Vitali Sapilo və "Sluç" klubunun futbolçusu Boqdan Semençuk müharibədə həlak olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR