İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynadan maraqlı açıqlama: SOCAR təklif etdi ki...

1621 17.07.2024 21:43 İqtisadiyyat A A

2024-cü ilin sonunda “Qazprom”la tranzit sazişi başa çatdıqdan sonra Ukrayna Azərbaycan qazının Ukrayna qaz nəqli sistemi (QTS) vasitəsilə tranziti ilə bağlı hələ də dəqiq razılığa gəlməyib.

Musavat.com xəbər verir ki, bunu Liga.net-ə müsahibəsində Ukraynanın “Naftoqaz” şirkətinin rəhbəri Aleksey Çernışev deyib.

Onun sözlərinə görə, qaz nəqli sistemi dövlətin əsas aktivlərindən biridir və gələcəkdə “Ukrayna qaz ixracatçısına çevriləndə” satış bazarına çıxışı təmin etmək üçün işləməlidir: “Bizim bu sistemi dayandırmaq hüququmuz yoxdur, çünki onu dayandırsaq, Avropa bazarı bir neçə ildən sonra özünü başqa təchizatçılara yönləndirəcək. Bizə Azərbaycandan biznesdən təklif gəldi, xüsusən də SOCAR-dan, amma indi hazır həll yoxdur və bu barədə danışmaq hələ tezdir”.

Xatırkadaq ki, Ukrayna prezidenti Vladimir Zelenski Bloomberg-ə müsahibəsində bildirib ki, Ukrayna "Qazprom"la tranzit sazişi başa çatdıqdan sonra Azərbaycan qazının öz ərazisi ilə Aİ-yə nəqli imkanlarını öyrənir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR