İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynadakı “Azərbaycan evi” bərpa edildi – Fotolar, video

616 31.10.2023 15:58 Son xəbər A A

Ukraynanın paytaxtı Kiyev şəhərində aylardır bağlı qalan “Azərbaycan evi” fəaliyyətini bərpa edib. Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Azərbaycanlıları Radası və Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) ayrı-ayrılıqda keçirilən İdarə heyətlərinin iclasında qərar verilib. Qeyd olunub ki, “Azərbaycan evi”nin bütün borcları daxil olmaqla ofisin saxlanma və icarə xərcləri UABD tərəfindən ödəniləcək. Həmçinin bir neçə gün əvvəl binanın qarşısından endirilən Azərbaycan və Ukrayna bayraqları UABD-nin İdarə Heyəti və vilayətlərdən gələn təşkilat rəhbərlərinin iştirakı ilə əvvəlki yerinə qaytarılıb.

İdarə Heyətinin üzvləri - alimlər, iş adamları və Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edən azərbaycanlılar 10 ildir diasporun istifadəsində olan, hamı tərəfindən tanınan ofisin bağlanması ilə razılaşmadıqlarını ifadə ediblər. Qeyd olunub ki, Ukrayna-Azərbaycan münasibətlərinin inkişafında, Azərbaycan həqiqətlərinin Ukrayna ictimaiyyətinə çatdırılmasında xüsusi rolu olan “Azərbaycan evi”nin bağlanması qətiyyən yolverilməzdir. Diaspor üzvlərinin fikrincə, Qarabağda aparılan uğurlu antiterror əməliyyatlarından sonra ölkəmizə qarşı təhdidlərin artdığı bir zamanda isə belə bir halın baş verməsi qəbuledilməzdir.

Bildirilib ki, hər zaman Azərbaycan dövlətinin yanında olan, Prezident İlham Əliyevin diaspor siyasətini dəstəkləyən UABD üzvləri bundan sonra da məhz bu məkanda eyni xətti davam etdirəcəklər. Əlavə olunub ki, “Azərbaycan evi”nin qapısı Azərbaycan dövlətinin maraqları naminə fəaliyyət göstərən bütün yerli təşkilatlara və soydaşlarımıza açıqdır.

Qeyd edək ki, 2023-cü ildə “Azərbaycan evi”nin icarə haqqı və saxlanma xərcləri müvafiq qurumlar tərəfindən ödənmədiyindən cari ilin iyul ayından ofisin sahibi tərəfindən binanın giriş qapısı bağlanılıb, üzərindəki “Ukrayna Azərbaycanlıları Radası” lövhəsi çıxarılmışdı.

Musavat.com

6e559f48-660b-4b9c-b031-d5472e31506a.jpg (152 KB)

845457c2-589b-41b2-bf2f-312614fa0842.jpg (162 KB)

8cafd94d-34a7-473a-9f7e-9c67245e8043.jpg (150 KB)

esas.jpg (247 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR