İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada “suyun meymunun boğazına çıxan” dövrü

6144 16.09.2023 10:00 Yazarlar A A

İlk yayın vaxtı 01:30

Zelenski müharibənin başladığı 570 gündə ilk dəfə olaraq real vəziyyəti doğru qiymətləndirdi: “Xoşbəxt sonluq olmayacaq...”

Ukraynada davam edən müharibədə artıq 3-cü aydır ki, nə USQ, nə Rusiya ordusu irəliləyə bilir. Belə görünür ki, payızın ortalaradək də belə davam edəcək. Rusiya bütün diqqətini hərbi arsenalına yönəldib, bütün zavodlarını hərbiləşdirib, ölkənin dördbir tərəfi silah-raket, tank-helikoptel istehsalı ilə məşğuldur.

Bu arada prezident Zelenski bəlkə də müharibənin başladığı 570 gündə ilk dəfə olaraq real vəziyyəti doğru qiymətləndirib. Ukrayna prezidenti CNN telekanalına müsahibəsində deyib ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunu xoşbəxt sonluqla bitən film adlandırmaq olmaz.“Hamımız uğurlu və xoşbəxt sonluq istəyirik. Amma bu, bir saat yarımlıq film deyil. Bu, əks-hücumdur. Bu xoşbəxt sonluqla bitən film deyil. Bizim xoşbəxt sonumuz (We won't have a happy ending-texniki tərcümə) olmayacaq. Çox insan itirdik. Bu xoşbəxt son deyil. Biz bunu etiraf etməliyik...” deyə, Zelenski bildirib. 

1694511076_622a54d6eced2_o_original.jpg (125 KB)

Müharibə edən ölkənin prezidenti üçün əlbəttə ki, ağır etirafdır, amma gerçəkdir. Bunu müharibənin ilk aylarında yazanlar vardı, amma bu reallıq Ukrayna hələ savaşa sürüklənmədən öncə də aydın idi. Şəxsən bunu Zelenski qədər ingiliscə və bəlagətli, həm də CNN-ə demirdim, köşəmdə yazırdım, təbbi ki, bununla razılaşmayan, başqa yerə yozanlar da vardı. Amma Zelenski bunu ya gec başa düşdü, ya da indi etiraf etmək məcburiyyətdə qaldı...

Gecdir, əlbəttə çox gecdir. Ölkə xaraba qalıb, milyonlarla insan ölkədən didərgin düşüb və pisi odur ki, böyük əksəriyyəti yenidən geri qayıtmaqda qərarlı deyil. Ukrayna asılı bir ölkəyə çevrilib, bütün iqtisadiyyat iflic edilib, hətta 10 il sonra da bu asılılıqdan qurtulmaq çətin olacaq. Amma bütün bu bəlalardan yayınmaq olardı- bunun ən azı iki yolu vardı. Biri sərfəli olmasa da, indiki şərtlərdən on dəfə daha yaxşı Minsk razılaşmasına əməl etmək idisə, ikinci yol heç olmasa, daha 5 il gözləmək, Rusiyanın daxildən zəifləyəcəyinə ümid etmək olardı. Uklraynaya kimlər ki, dedilər “Rusiyadan qorxma, nəinki onu müharibədə udacaqsan, hətta bütün dünyanı bu imperiya bəlasından xilas edəcəksən”, onlar ukrayna xalqına ən böyük yalanı danışıblar. Əlbəttə, müharibəni Rusiya başladı, amma Putin də düzünü deyir, ona da başqa yol saxlamadılar. Son danışıqları xatırlayın. NATO-Rusiya, Rusiya-ABŞ danışıqlarının əsas məğzi bu idi ki, Ukraynanı Şimali Atlantika blokuna üzv etməsinlər. Gərginliyi azaltmaq əvəzinə, onlar israrla dedi ki, yox, Ukraynanı NATO blokuna üzvlüyünü kimsə qadağa edə bilməz. Bəs, nə oldu? Belə anlaşılır ki, Ukraynaya həm də o vədi veriblər ki, “Rusiyadan ehtiyat etmə, müharibə başlasa silah-sursat öz yerində, lazım gəlsə, NATO üzvü edib sizi qoruyacağıq”. Böyük bir fırıldağın qurbanına çevrildi Ukrayna. Nə NATO oldu, nə Avropa Birliyi. İndən sonra da deyəcəklər ki, siz işğalı nə vaxt sonlandırsanız, üzv edə bilərik. Bu oyunu biz uzaqdan başa düşürüksə, Ukrayna elitasının bunu anlamaması mümkünsüzdür. O halda, demək bu böyük və təhlükəli oyuna onlar da bilərəkdən şərik olublar. 

Screenshot_1.png (582 KB)

İndi ABŞ Ukraynaya birbaşa bağlılığı olan Bayden ailəsinin korrupsiya qalmaqalı ilə çalxalanır. Bayden ailəsinin və onun komandasının bəzi üzvlərinin bu müharibədə ciddi marağı olduğu əvvəldən də bəlli idi. Amma indi bu qalmaqal Baydenin oğlunu da aşır, prezidentin özünü impiçment proseduru ilə təhdid edir.

Ukraynaya verilən milyardların taleyi haqda çoxdan danışılırdı, indi isə Amerika təsəvvür edin ki, Kiyevdə xüsusi qrup yaradır ki, ayrılan pulların hara getdiyini araşdırsın. Bu da gözdən pərdə asmaq üçündür, milyardlar yeyilib, üstündən su da içilib. Ukraynanın müfadiə nazirini niyə dəyişdilər, heç bir tutarlı izahat verilmədi. Müharibədə müdafiə nazirini dəyişirsənsə, demək ya o xaindir, ya da oğru. İkisi də dövlətə, xalqa qarşı cinayətdir. Amma o nazir çox şeyi bilir deyə, uzaqlaşdırmanı səs-küysüz etdilər. Yəni bütün əlamətləri ilə Ukrayna müharibəsində “su meymunun boğazına çıxmaq” mərhələsi yetişib.

Məsələn, Ukraynaya ilk gündən dəstək çıxan Polşa prezidenti Anjey Duda indi bu ölkənin kənd təsərrüfatı mallarının Avropa bazarlarına çıxmasını yasaqlamaq üçün Avropa İttifaqına qarşı “üsyan bayrağı” açıb. Bu da elə “su-meymun” məsələdir. Təkcə Polşa deyil, qonşu Rumıniya, eləcə də Bolqarıstan, Mascarıstan və Slovakiya da Avropa Komissiyasının Ukraynadan kənd təsərrüfatı məhsullarının ixracına qoyulan qadağanın (sentyabrın 15-də bitdi) nəinki uzadılmasına, həm də genişləndirilməsinə razılaşıblar. Macarıstan və Bolqarıstan xaric digər ölkələr dünənədək özlərini Ukraynaya görə qurban verməyə hazır idilər, amma indi fermerləri onların başına qalxırlar, Ukraynadan kənd təsərrüfatı məhsullarının axını səbəbindən böyük itkilərə məruz qaldıqlarını deyirlər, hökumətdən faktiki anti-Ukrayna qərarın qəbulunu tələb edirlər.Rusiyanın iyulun 18-dən taxıl müqaviləsini dayandırmasından sonra kənd təsərrüfatı məhsullarının tədarükü Ukrayna xəzinəsinin demək olar ki, yeganə gəlir mənbəyinə çevrilib. Brüssel bu səbəbdən qadağını qaldırmağı düşünür, amma 5 ölkənin təhdidindən də narahatdır, bu Avropa Birliyinin parçalanmasına qədər gedə bilər. Demək, Ukraynanın “ərköyünlük dövrü” də keçir, bir müddət sonra Qərb də tədricən bu ölkədən maliyə və silah dəstəyini çəkməyə məcbur ola bilər. 

scale_1200.jpg (86 KB)

Ukraynanın dövlət olaraq bu ağır durumdan çıxa biləcəyinə o halda ümid etmək olardı ki, eltada daha ağıllı qüvvələr “xalqın qulluqçusu” olmaq vədi vermiş, amma hələ ki, xalqı müharibənin qulu etmiş Zelenskini dəyişə bilsinlər. İlk hədəf onun dəyişməsi ola bilər. Bunu özü də əvvəldən qərar şəklinə salıb, altında da imzası. Söhbət Putinlə heç bir danışıq olamayacağı haqda qərardan gedir. Bu müharbə tarixində bəlkə də görünməmiş bir qəradır, niyə onu imzalayıb, təxminlər var, amma bunlar artıq əhəmiyyətsizdir. Zelenski bunu özünə qadağa edibsə, demək nə vaxtsa olacaq danışıqlar üçün mütləq yeni rəhbər lazımdır. Zelenskinin Ukraynadakı prezident seçkilərdə iştirakı haqda indidən nəsə demək olmur, amma bu da çətin ki, öz qərarı olsun. Özünü çox asılı edib, “mən gedirəm deməklə” iş bitmir. Adamın özünün işini bitirirlər. Onlar da Priqojini öldürtürənlərdən heç də az qəddar deyil. “Su boğaza çıxanda, meymun da balasını ayağının altına qoyur...” Ukraynada o prosesin başladığı hiss edilməkdədir. Təəssüf ki, Zelenski dediyi kimi “xoşbəxt sonluq olmayacaq...”

 

Nazim SABİROĞLU,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR