İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada müharibə alovlandı: bu dəfə daha dəhşətli - CANLI

975 19.04.2022 15:24 Gündəm A A

Son xəbərə görə Donbasda gecə boyu qızğın döyüşlər gedib. “Ukraynadakı “xüsusi əməliyyat”ın növbəti fazası başlayıb”.

Bunu isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “India Today”ə müsahibəsində söyləyib. Onun sözlərinə görə, Rusiyanın Kiyevdə hakimiyyəti dəyişmək niyyəti yoxdur: “Ukraynalılar özləri necə yaşayacaqlarına qərar verməlidirlər”.

O, “Rusiyanın “dxr” və “lxr”i tanımaqdan başqa çarəsi yox idi” deyib. “Ukrayna ordusu bütün atəşkəs rejimlərini pozaraq həmin “respublikalar”ın atəşə tutulmasını xeyli artırmışdı.

Bizim onları tanımaqdan, onların xahişinə cavab olaraq qarşılıqlı yardım müqaviləsi imzalamaqdan və hərbi qüvvələrimizi göndərməkdən başqa çarəmiz yox idi”, - Lavrov bildirib.

Onun sözlərinə görə, Ukrayna son hadisələr zamanı NATO-nun platsdarmına çevrilib, Vladimir Zelenski isə ölkənin nüvə silahına sahibliyinə qayıtmağı nəzərdən keçirə biləcəyi ilə bağlı bəyanatlar verib.

TVMusavat-ın saat 15:30-da canlı yayınında “Həftə içi” verilişini qonaqları olan AMİP sədri Arzuxan Əlizadə ilə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin 1-ci katibi Rauf Qurbanov Ukrayna müharibəsini müzakirə edirlər.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR