İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada benzin böhranı: litr üçün 100 qrivna və ancaq 10 litr...

1793 08.05.2022 13:48 Gündəm A A

Benzin qıtlığı ölkədə kəskin inflyasiyaya da səbəb olub, qiymətlər ilin əvvəli ilə müqayisədə 80-90% bahalaşıb 

Ukraynada avtomobil yanacağı ilə bağlı vəziyyət pisləşməkdə davam edir. Rusiya ordusunun raket zərbələri nəticəsində 15-ə yaxın neft anbarı ya dağıdılıb və ya zədələnib ki, bu da yanacaq qıtlığının əsas səbəblərindən biridir.  

İndi benzinin litri 100 qrivnaya olsa belə, adambaşına yalnız 10 litr almaq mümkündür. Bir neçə gün əvvəl isə Ukrayna yanacaqdoldurma məntəqələrində adambaşına 20 litir benzin verilirdi.   Böhran yanacaq satışının həcmini iki dəfə azaltmağa məcbur etsə də, bu da vəziyyəti düzəltməyib.  Ukrayna portalları xəbər verir ki, ölkədə bir çox yanacaqdoldurma məntəqələrinin yeraltı çənləri tam boşdur. Benzin növbələri səbəbindən Ukraynanın reklam saytlarında benzin, qaz və ya dizel üçün müxtəlif şəhərlərdə yanacaqdoldurma məntəqələrində dayanmağa hazır olanların elanları ilə dolub. Növbədə dayanmaq üçün 100 qrivnaya öz "xidmətlərini" və "qəhvə üçün" 50 qrivna əlavə ödəniş təklif edənlər var.   

thumbnail-tw-20220506100446-7969.jpg (76 KB)

Mütəxəssislər yayda avtomobil yanacağının litrinin 200 qrivnaya (demək olar ki, 500 Rusiya rublu) qədər yüksələcəyini proqnozlaşdırırlar. Bunu yanacaqdoldurma məntəqələrinin sahiblərinin özləri də təsdiqləyirlər.  

Müharibə başlamazdan əvvəl Ukraynaya yanacağın təqribən 70%-i Rusiya və Belarusdan alırdı.  İndi isə yanacaq Moldovadan dəmir yolu ilə gətirilir, sonra isə ölkənin yanacaqdoldurma məntəqələrinə paylanır. 

52525.JPG (42 KB)

Benzin qıtlığı ölkədə kəskin inflyasiyaya da səbəb olub: hazırda qiymətlər ilin əvvəli ilə müqayisədə 80-90% bahalaşıb.  Ali Radanın energetika komitəsinin rəhbəri Andriy Gerus da təsdiqləyib ki, neft bazalarının dağıdılması Ukraynada yanacaq qıtlığı yaradan əsas faktordur. Digər amil isə Kremençuq neft emalı zavodunun atəşə tutulması nəticəsində dayandırılmasıdır. Gerus may ayının ortalarından vəziyyətin yaxşılaşacağını gözlənildiyini deyib.  

trtrt.jpg (86 KB)

Ukrayna Prezidenti Volodimir Zelenski  benzin qıtlığı ilə bağlı müşavirə keçirib. İclasda Prezident Ofisinin rəhbəri Andrey Yermak və onun müavinləri, baş nazir Denis Şmıqal və hökumət üzvləri iştirak ediblər. Prezident yanacaqdoldurma məntəqələrində  növbələrin aradan qaldırılmasının zəruriliyini qeyd edib. Həmçinin uzunmüddətli müqavilələrin bağlanması və dövlət yanacaq ehtiyatının yığılmasının zəruriliyi vurğulanıb.

p0c4mrlm.jpg (35 KB)

Baş nazirin birinci müavini - iqtisadiyyat naziri Yuliya Sviridenko bildirib ki, Ukraynaya yanacaq tədarükünü təmin etmək məqsədilə Şərqi Avropa limanlarında Ukraynaya yaşıl dəhlizin yaradılması istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, mühareibənin ilk günlərində SOCAR-ın Ukraynadakı bütün yanacaqdoldurma məntəqələrində  təcili yardım maşınları  və  fövqəladə Halar Xidməti üçün pulsuz yanacaq da verib.

Orxan ƏLİYEV
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR