İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Rusiya ərazisində daha iki neft anbarını vurdu  

576 20.06.2024 10:47 Dünya A A


Ötən gecə Ukraynanın dron zərbələri nəticəsində Rusiyanın iki əyalətində neft bazalarının yanğın baş verib.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, neft bazasının biri Adıgey Respublikasının Taxtamukay rayonunun Enem şəhər tipli qəsəbəsində yerləşir.

Regionun rəhbəri Murat Kumpilov bildirib ki, 400 kvmetr sahəni əhatə edən yanğını səhər saatlarında söndürmək mümkün olub.

Ötən gecə dron hücumuna məruz qalan Tambov vilayətinin Rasskazovski bələdiyyə rayonundakı Platonovskaya neft anbarında yanğın baş verib. Bu barədə məlumatı Tambov vilayətinin qubernatoru Maksim Eqorov öz "Telegram" kanalında yayıb.

Qeyd edək ki, iyunun 18-də Rusiyanın Rostov vilayətinin Azov şəhəri yaxınlığındalı neft anbarına dron hücumu nəticəsində başlayan yanğının söndürülməsi hələ də mümkün olmayıb. Dünən yanğın nəticəsində anbarın ərazisindəki daha bir rezervuar partlayıb, yanğın sahəsi 6,3 min kvmetrə qədər genişlənib. Bazanın ərazisində neft və neft məhsulları ilə dolu 22 rezervuar olub, hazırda minə yaxın yanğınsöndürən və texnikanın köməyi ilə alovun digər rezervuarlara keçməsinin qarşısını almağa çalışırlar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR