İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna ordusundan ruslara AĞIR ZƏRBƏ

1715 06.09.2022 16:26 Region A A

Ukrayna ordusunun cənubdakı əsas hədəfi bəlli olub.

Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Odessa hərbi administrasiyasının rəhbəri Sergey Bratçuk məlumat verib.

"Bu günün əsas vəzifəsi Xerson vilayətində Rusiya ordusunun maddi-texniki təminatı və düşmən qüvvələrinin logistika imkanlarının yox edilməsidir. Daha sonra müvəqqəti işğal olunmuş ərazilərimizi metr-metr azad edərək irəliləmək lazımdır. Baş Qərargah vəziyyətə tam nəzarət edir və daim ictimaiyyəti məlumatlandırır", - deyə Ukrayna rəsmisi söyləyib.

Sergey Bratçukun sözlərinə görə, çərşənbə axşamı Ukrayna Silahlı Qüvvələri rusların Çernobayevka və Qolaya Pristandakı mövqelərini vurub, Novaya Kaxovka və Kaxovka rayonunda, o cümlədən Tomina Balka ərazisində Rusiya Federasiyasının bir çox hərbi texnikasını yox edib.

Qeyd edək ki, bu gün ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitikləri Ukraynanın əks-hücum əməliyyatı zamanı Rusiyanın maddi-texniki və inzibati imkanlarını əhəmiyyətli dərəcədə zəiflətdiyi barədə material yayıb.

ISW Xerson vilayətinin qondarma "administrasiya rəhbərinin müavini" Kirill Stremousovun TASS agentliyinə Rusiyanın planlaşdırdığı psevdoreferendumun keçirilməsinin təxirə salındığı barədə məlumatını xatırladıb.

"Stremousovun sözləri işğal rejimi daxilində yüksək səviyyədə qeyri-mütəşəkkilliyə işarə edir və bu, ehtimal ki, əks-hücumun nəticələri ilə bağlıdır. Ukrayna qoşunları Xerson vilayətində Rusiyanın taktiki və əməliyyat səviyyəsinin imkanlarını yavaş-yavaş azaltmaq niyyətindədir. Bütün bunlar işğalçıların inzibati və bürokratik imkanlarına ciddi təsir göstərir", - deyə məlumatda bildirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR