İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna mediası Azərbaycanın antiterror əməliyyatından yazdı

2435 19.09.2023 23:56 Gündəm A A

Sentyabrın 19-da günortadan sonra Azərbaycanın Müdafiə Nazirliyi Qarabağda konstitusiya quruluşunun yaradılması məqsədi ilə antiterror əməliyyatının başlanması ilə bağlı bəyanatla çıxış edib.

Musavat.com-un məlumatına görə, bu barədə Ukraynanın QİRİM.NEWS saytı məlumat yayıb.

Bildirilib ki, Bakının bu bəyanatı dərhal dünya mediasının əsas gündəminə çevrilib. Bildirilir ki, düz üç il əvvəl, 2020-ci il sentyabrın 27-də Azərbaycan Qarabağda işğalçı Ermənistan ordusuna qarşı əks-hücum əməliyyatlarına başlayıb.
“44 günlük müharibədən sonra Azərbaycan Xankəndi şəhəri və ətraf ərazilər istisna olmaqla, demək olar ki, bütün Qarabağı azad etməyə nail oldu”-sayt yazıb.

Qarabağda yeni müharibə nə qədər davam edəcək, münaqişədən əvvəl nə olub və Rusiya Federasiyası bütün bunlara necə reaksiya verir?

QIRIM xəbər agentliyi bu sualları cavablandırıb. Sualları hərbi ekspert, Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan mayoru Aqil Rüstəmzadə, Azərbaycanın Caliber.az informasiya nəşrinin redaktoru Zaur Nurməmmədov və Ukrayna Azərbaycanlılarının təşəbbüs qrupunun rəhbəri Yalçın Qəhrəmanoğlu cavablandırıb.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR