İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna AÇIQLADI: Müharibə bu tarixdə BİTƏCƏK – detallar “Canlı debat”da

1094 23.02.2023 13:31 Siyasət A A

“2023-cü il yayın sonunadək Ukrayna Silahlı Qüvvələri 1991-ci ilin sərhədlərinə çatacaq və müharibə başa çatacaq”.Bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov “Ukrainskaya pravda”ya müsahibəsində deyib. Onun sözlərinə görə, Ukraynanın 1991-ci il sərhədlərini bərpa etmək üçün bütün imkanları var: “Genişmiqyaslı müharibənin baş qəhrəmanı Ukrayna xalqıdır”.

Qeyd edək ki, daha əvvəl Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının katibi Oliksiy Danilov qarşıdakı bir-iki ayın müharibənin taleyi üçün həlledici olacağını söyləmişdi.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində AXP rəhbəri Pənah Hüseynlə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR