İnsanlara hürriyət, millətlərə istiqlal!

Ufuk Arca Turganer: “Azərbaycan xalqının zəfəri Kıbrıs türkləri üçün də sevinc və qürur qaynağıdır”

737 17.05.2024 12:53 Mədəniyyət A A

Azərbaycan Milli Konservatoriyasında Şimali Kipr Türk Cümhuriyyətinin Bakı nümayəndəliyi və “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafına Yardım Assosiasiyası”nın birgə təşkilatçılığı ilə “Könüldən könülə qardaşlıq mahnıları” adlı konsert proqramı təşkil olunub. Milli Konservatoriyada düzənlənən tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, Milli Məclisin üzvləri Səməd Seyidov, Hikmət Babaoğlu, Ülviyə Ağayeva, media təmsilçiləri, bir çox ictimai-siyasi şəxslər iştirak ediblər.

Musavat.com-un məlumatına görə, yüksək səviyyədə düzənlənən tədbirdə çıxış edən Quzey Kıprıs Türk Cümhuriyyətinin Azərbaycandakı Təmsilçiliyinin rəhbəri Ufuk Arca Turganer iki qardaş ölkə arasındakı əlaqələrin inkişafından məmnunluqla danışıb. İştirakçılar sırasında olan şəhid analarının timsalında bütün iştirakçılara xitab edən xanım diplomat “Vətən torpağı üçün canını düşünmədən fəda edən şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir, qazilərimizə can sağlığı diləyirik”-deyərək nitqinə başlayıb. Bildirib ki, Ali Baş Komandan, cənab prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusunun və tək yumruq olan qəhrəman Azərbaycan xalqının zəfəri Kıbrıs türkləri üçün də sevinc və qürur qaynağıdır: “Çağdaş Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü, Türkiyə Cümhuriyyətinin 101-ci idönümü, Şimali Kipr Türk Cümhuriyyətinin qurulmasının 41-ci ildönümü və Kipr Sülh Hərəkatının 50-ci ildönümünü qeyd etdiyimiz çox önəmli ildəyik. Şimali Kipr Türk Cümhuriyyəti və Azərbaycan arasındakı əlaqələr daha da inkişaf edib. Hazırda Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası dostluq qrupu ölkəmizə ilk rəsmi səfərini gerçəkləşdirib”. Ufuk Arca Turganer bildirib ki, ölkələrimiz arasında iqtisadiyyat sahəsində iş birliyi ticarət, turizm, təhsil sahəsində və sair əlaqələrimiz önəmli yer tutmaqdadaır: “Təmsilçiliyimiz iki ölkə arasında siyasi əlaqələrin gücləndirilməsində çox önəm verməkdə və dəstəkləməkdədir”.

Daha sonra “Buta” İnstrumental Ansamblının, Quzey Kıprısdan təşrif buyuran musiqiçilərin, sənətçilərinin birgə konserti başlayıb. Azərbaycan, Türkiyə və Quzey Kıprısın musiqi çələngləri qonaqlara yüksək səviyyədə təqdim olunub.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR