İnsanlara hürriyət, millətlərə istiqlal!

UFC döyüşçüsü Rafael Fiziyevlə qarşılaşmaq istəyir

432 26.02.2024 20:47 İdman A A

UFC döyüşçüsü Den Xuker Azərbaycan təmsilçisi Rafael Fiziyevlə qarşılaşmaq istəyir.

Musavat.com report-a istinadən xəbər verir ki, bunu "Sky Sports"a açıqlamasında yeni zelandiyalı idmançı deyib.

34 yaşlı döyüşçü özündən 6 yaş böyük olan həmkarına "meydan oxuyub": "Heç kim Fiziyevlə döyüşmək istəmir. Amma mən ona qarşı çıxmağa hazıram. Renato Moikano kimi başqa maraqlı iddiaçılar da var. Fiziyevlə döyüş maraqlı olar".

Qeyd edək ki, hazırda UFC yüngül çəki reytinqində Rafael Fiziyev 8-ci, Den Xuker isə 10-cu sıradadır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR