İnsanlara hürriyət, millətlərə istiqlal!

UFC çempionluq kəmərinin yeni sahibi məlum olub

746 13.11.2022 12:28 İdman A A

ABŞ-ın Nyu-York şəhərində “Madison Square Garden” arenasında UFC 281 turniri keçirilib.

“Report” xəbər verir ki, əsas döyüşdə təşkilatın orta çəkidə (84 kq-a qədər) çempionu yeni zelandiyalı İsrael Adesanya braziliyalı Aleks Pereyra ilə mübarizə apararaq titulunu qoruyub.

Döyüş beşinci raundda Pereyranın erkən qələbəsi ilə başa çatıb. Braziliyalı Adesanyanı nokaut edib.

İsrael Adesanyanın hesabında peşəkar qarışıq döyüş sənətlərində 25 qarşıdurma var ki, onlardan 23-də qələbə qazanıb, 2 dəfə məğlub olub. Aleks Pereyra səkkiz döyüş keçirib, yeddi qələbə qazanıb və bir məğlubiyyət alıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR