İnsanlara hürriyət, millətlərə istiqlal!

UEFA-dan Qarabağın məşqçisinə CƏZA: "Bayer"lə oyunu...

2001 01.03.2024 15:35 İdman A A

UEFA İntizam Komitəsi Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın "Braqa" klubu ilə matçda qırmızı vərəqə alan "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev və məşqçisi Elçin Rəhmanovla bağlı qərarını açıqlayıb.

Həm futbolçuya, həm də məşqçiyə 1 oyunluq cəza verilib.

Komandanın hər iki üzvü Avropa Liqasının 1/8 finalında "Bayer 04"ə (Almaniya) qarşı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanı tribunadan izləyəcək.

Qitə futbol qurumu həmçinin sarı vərəqə limitini dolduran Julio Romaonun da 1 oyunluq cəzaya məruz qaldığını açıqlayıb.

Qeyd edək ki, Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Bayer" görüşü martın 7-də, saat 21:45-də başlayacaq. Tərəflər arasında cavab görüşü isə bundan bir həftə sonra Leverkuzen şəhərində baş tutacaq. (sfera.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR