İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ucuzluğuna" ALDANMAYIN: Gözlərə ciddi zərər verir

780 31.05.2024 23:36 Maraqlı A A

Yay ayları yaxınlaşdıqca günəş işığının təsiri daha çox hiss olunur. Günəşdən qorunma ehtiyacının artdığı bu dövrdə günəş eynəyi seçimi böyük əhəmiyyət kəsb edir.

Referans.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssis Ömər Faruk Tabar keyfiyyətsiz eynəklərin zərərlərini qeyd edib.

Onun sözlərinə görə, hansı növ materialdan hazırlandığı və tərkibində hansı kimyəvi maddələr olduğu bilinməyən saxta gün eynəkləri göz sağlamlığına qalıcı ziyan vura bilər:

"Katarakta 60 yaşdan sonra yarandığı halda, gün eynəyi istifadə etməyənlərdə 40-cı illərdə katarakta yarana bilər. Ucuz qiymətə alınmış keyfiyyətsiz şüşə və ya plastikdən hazırlanmış eynəklərdən istifadə etməmək lazımdır. Estetik məqsədlə müxtəlif rəng və ölçülərdə istehsal edilən eynəkləri seçərkən ilk növbədə göz sağlamlığının nəzərə alın. Uyğun gün eynəyi seçilməməsinin uzun vədədə ciddi problemlərə səbəb olur.

Ozon təbəqəsinin incəlmesi nəticəsində gözlərə zərərli olduğu bilinən ultrabənövşəyi şüalar mənfi təsir göstərir. Eyni zamanda, tünd rəngli eynəklər göz bəbəklərimizin genişlənməsinə səbəb olur. Xüsusən də uzun müddət günəş işığına məruz qalanlar gün eynəyi istifadə etməyi unutmamalıdırlar".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR