İnsanlara hürriyət, millətlərə istiqlal!

Ucarda 6 nəfər narkotik alverçisi saxlanılıb

425 03.02.2023 15:39 Kriminal A A

Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı qətiyyətli əməliyyat tədbirləri davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Musavat.com-a verilən məlumata görə, son günlərdə şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qeyd edilən qanunsuz əməllə məşğul olan 6 nəfər saxlanılıb. Həmin şəxslərdən ümumilikdə 1 kiloqram 600 qramdan artıq narkotik vasitə marixuana və 5 ədəd xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş çətənə bitkisi aşkarlanaraq götürülüb.

Saxlanılanlar barəsində RPŞ-nin İstintaq Bölməsində cinayət işləri açılıb, araşdırmalar davam etdirilir. Bu istiqamətində tədbirlər şöbə əməkdaşları tərəfindən davam etdirilir.

Musavat.com

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR