İnsanlara hürriyət, millətlərə istiqlal!

"Üç həftə ərzində hər şey dəyişə bilər" - Klopp

813 22.02.2023 10:59 İdman A A

“Başlanğıc əla idi. Biz belə oynamaq istəyirdik. Buraxılan qollardan başqa bütün birinci hissə yaxşı keçdi. İlk qolU buraxdıqdan sonra bir az passivləşdik, onların arxasınca getmədik. İkinci qol olmamalı idi. Daha sonra hesab 2:3 oldu ki, bu da əks-hücumlarda yaxşı oynayan komandaya qarşı o qədər də yaxşı nəticə deyil. İlk hissədəki kimi bütün 95 dəqiqəni oynamalı idik".

Qol.az xəbər verir ki, bu sözləri "Liverpul"un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının 1/8 finalında "Real"a 2:5 hesabı ilə uduzduqları ilk oyundan sonra deyib.

O, cavab görüşü haqda da danışıb: "Madridə gedib orada futbol oynayacağıq. Bu, böyük bir sınaq olacaq. Ancaq əvvəlcə Premyer Liqada oynamalı və bu görüşdən dərs aldığımıza əmin olmalıyıq. Məncə, Karlo Ançelotti hər şeyin burada həll olunduğunu düşünür. Düzünü desəm, hazırda mən də belə fikirləşirəm. Ancaq üç həftə ərzində hər şey dəyişə bilər. Biz ora qələbə üçün gedəcəyik. Deyə biləcəyim tək şey budur".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR