İnsanlara hürriyət, millətlərə istiqlal!

Tyerri Anri Belçika millisindən ayrılıb

688 09.02.2023 01:49 İdman A A

Fransa millisinin sabiq futbolçusu Tyerri Anri Belçika yığmasından ayrılıb.

"Report"un məlumatına görə, bu barədə Belçika Kral Futbol Assosiasiyasının baş direktoru Peter Bossart "Sporza" nəşrinə açıqlama verib.

O bildirib ki, 46 yaşlı mütəxəssis milli komandadakı işini davam etdirmək istəməyib. Qurum rəsmisi veteran hücumçunun qərarına hörmətlə yanaşdıqlarını söyləyib.

Anri bunadək yığmada keçmiş baş məşqçi Roberto Martinesin köməkçisi vəzifəsini yerinə yetirib.

Qeyd edək ki, AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə F qrupunda yer alan Belçika yığmasının yeni baş məşqçisi Domeniko Tedesko təyin olunub. İki komanda arasında ilk oyun sentyabrın 9-da Bakıda, növbəti görüş isə noyabrın 19-da Brüsseldə keçiriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR