İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəyə “YOX” deyən ABŞ Ərdoğana bu MESAJı ötürür - martın 30-da...

2901 24.03.2023 18:32 Gündəm A A

Martın 30-da növbəti dəfə ABŞ-da “Demokratiya sammiti” keçiriləcək.

Bu dəfə də ABŞ öz ənənəsinə sadiq qalıb. Belə ki, Amerika yenə də Cənubi Qafqazda ayrıseçkilik edir – Azərbaycan sammitə dəvət almır, Ermənistan alır, Gürcüstandan isə baş nazir yox, prezident dəvət edilir. Bu, Cənubi Qafqazı bölmək və ayırıcı xətlər çəkmək siyasətidir. 

Politoloq İlyas Hüseynov Musavat.com-a açıqlamasında bildirib ki, bu sammit ABŞ-ın geosiyasi maraqları, strateji imperativləri kontekstində həyata keçirilən bir tədbirdir.

-ca0daec6159464103711134031410374124.jpg (237 KB)

Politoloq xatırladıb ki, ötən il də bu tədbir ətrafında geniş müzakirələr keçirilmişdi:

“Tədbirin heç bir siyasi, hüquqi nəticəsi olmasa da, tədbir öncəsi müzakirələr çox qızğın şəkildə həyata keçirildi. Bu il də əvvəlcədən “Demokratiya sammiti”nə dəvət alan ölkələrin siyahısı müəyyən narahatlıq doğurur və biz burada ciddi konyuktura elementlərinin olduğunu müşahidə edirik. ABŞ Cənubi Qafqazda da ayrıseçkilik edir, selektiv yanaşır, ikili standartlardan çıxış edərək siyasət yürütmək cəhdini irəli sürür. Qəribədir ki, bütün insan hüquq və azadlıqları pozulan, demokratiyadan əsər-əlamət olmayan Ermənistan demokratik ölkə hesab olunur. 2100-dən çox etirazçının saxlanıldığı, etiraz aksiyalarının qəddarlıqla dağıdıldığı Ermənistan demokratik ölkə kimi ABŞ-ın “Demokratiya sammiti”nə dəvət alır.

irevan.PNG (1.92 MB)

Gürcüstana gəlincə, burada konstitusion quruluşa görə, lider baş nazir İrakli Qaribaşvilidir. Bu dövlətin siyasətindən razı olmayan, lakin Gürcüstanı da bu tədbirdə görmək niyyətini ifadə edən ABŞ hökuməti prezident Salome Zurabişvilini “Demokratiya sammiti”nə dəvət edir”.  

İlyas Hüseynov vurğulayıb ki, digər önəmli məsələ Türkiyə ilə bağlıdır:

“Bilirsiniz ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. Ölkə Cümhuriyyət ilində çox önəmli seçimlərə daxil olacaq. Türkiyənin hazırkı siyasi iqtidarına təzyiq etmək məqsədilə qardaş ölkəni də “Demokratiya sammiti”ndə görmək istəmirlər. Bununla siyasi iqtidara mesaj verir, müxalifətin əlini gücləndirir və Türkiyəni müxtəlif siyasi parçalanmalara gətirib çıxaran addımlar atırlar”.

Politoloq bildirib ki, tədbirin əsas təşkilatçısı USAID və onun ermənipərəst rəhbəri Samanta Pauerdir:

“Təşkilatçılar arasında Azərbaycanda “inqilab” arzusunda olan NED də var. Vaxtilə NED Azərbaycanda rəngli inqilablar arzusunda olduğunu bildirirdi. Azərbaycanda müxalifəti ciddi surətdə maliyyələşdirirdi, ona təkan verirdi. USAID-in rəhbəri qatı ermənipərəst Samanta Pauerin də Azərbaycana qarşı fəaliyyətindən xəbərdarıq”.

f495d448-fb59-33c5-9b8d-2b94b1afb0c3_850.jpg (46 KB)

İlyas Hüseynov təəssüf doğuran məqamdan da danışıb:

“Təəssüf doğuran məqam ondan ibarətdir ki, Avropa İttifaqında təmsil olunan Macarıstanı sammitə dəvət etmirlər. Lakin Mozambik, Tanzaniya, Honduras, Qambiya kimi dövlətlər “demokratiya meyarlarına cavab verir” və bu cür siyasi qərəzlə bütün dünyadakı dövlətlər ABŞ üçün təsnifatlaşdırılır. Bu, bir daha sübut edir ki, ABŞ üçün müstəqil xarici siyasət yürütmək faktoru deyil, yalnız ayrı-ayrı regionlarda geosiyasi maraqların təminatçısı kimi çıxış edən dövlətlər əsas demokratik dövlətlər hesab olunur. Bu dırnaqarası demokratiya adı altında ABŞ öz maraqlarını bütün dünyada təmin etmək istəyir”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR