İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəyə 2,8 milyard dollarlıq DƏSTƏK

6977 08.02.2024 14:23 Region A A

Fevralın 6-da baş verən dağıdıcı zəlzələlərdən sonra beynəlxalq təşkilatlar Türkiyəyə maliyyə dəstəyi verib.

Musavat.com xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb. 

Qeyd olunub ki, zəlzələdən dəyən zərərin aradan qaldırılması üçün Dünya Bankı 1 milyard 440,8 milyon dollar ayırıb.

Avropa Yenidənqurma və İnkişaf Bankı təxminən 277,3 milyon dollar, Asiya İnfrastruktur İnvestisiya Bankı 100 milyon dollar, İslam İnkişaf Bankı isə 200 milyon dollar maliyyə dəstəyi verib.

Bundan əlavə, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi təxminən 138,4 milyon dollar, Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı isə 200 milyon dollar köçürüb.

Beləliklə, 2023-cü ildə beynəlxalq maliyyə qurumları tərəfindən ayrılan xarici maliyyənin həcmi təxminən 2,8 milyard dollara çatıb.

Digər tərəfdən, Avropa Komissiyası ötən ilin mart ayında Brüsseldə keçirdiyi Beynəlxalq Donorlar Konfransında Türkiyəyə 1,6 milyard avro qrant və 4,3 milyard avro kredit ayırmağı öhdəsinə götürüb.

Konfransda Avropa Birliyinə üzv olmayan ölkələr də Türkiyəyə 336,5 milyon avro qrant verəcəklərini açıqlayıblar. Bu ölkələr arasında 105,2 milyon avro ilə Birləşmiş Ərəb Əmirlikləri, 94,8 milyon avro ilə Azərbaycan və 46,3 milyon avro ilə Küveyt seçilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR