İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin yeni baş bankiri: İnflyasiyaya qarşı sərt mübarizə davam edəcək

696 04.02.2024 22:40 Region A A

Türkiyə Mərkəzi Bankının yeni rəhbəri Fatih Karahan bildirib ki, rəhbərlik etdiyi qurum inflyasiya ilə mübarizəni davam etdirmək niyyətindədir.

Musavat.com xəbər verir ki, onun fikirlərini Türkiyə Mərkəzi Bankının mətbuat xidməti yayıb.

Mərkəzi Bankın rəhbəri bildirib ki, qurumun əsas prioriteti qiymət sabitliyini təmin etməkdir.

Karahan vurğulayıb ki, inflyasiya hədəf səviyyəyə enənə qədər sərt pul siyasəti davam edəcək: "Biz inflyasiya proqnozlarının pisləşməsinə qətiliklə imkan verməyəcəyik".

Qeyd edək ki, Türkiyədə 2023-cü ilin dekabr ayının sonunda inflyasiya illik ifadədə 64,77 faiz təşkil edib. Halbuki noyabrda bu göstərici 61,98 faiz idi. Eyni zamanda yerli istehlakçılar illik inflyasiyanı 96 faiz - istehlak qiymətlərinin artımı ilə bağlı rəsmi məlumatlardan 1,5 dəfə yüksək qiymətləndiriblər.

Xatırladaq ki, ötən ilin mayında keçirilən prezident seçkilərindən sonra Türkiyə Mərkəzi Bankının rəhbəri təyin olunan Hafizə Qaye Erkan fevralın 2-də özünə qarşı kampaniyaya etiraz olaraq istefa verib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR