İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycanda səfərdədir

395 06.07.2024 10:39 Siyasət A A

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək məqsədilə iyulun 6-da Azərbaycana səfərə gəlib.

"Report" xəbər verir ki, TDT-yə üzv ölkələrin dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyənin vitse-prezidenti Cevdet Yılmazı Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR