İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin sabiq səfiri: "Tarixi hadisələr yaşayırıq" - FOTOLAR

924 28.09.2023 12:00 Siyasət A A

Türkiyənin Azərbaycan (2008-2012) və Moldovadakı keçmiş fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan sevdalısı Hulusi Kılıç maraqlı açıqlama yayıb.

Türkiyəli siyasətçi Musavat.com-a göndərdiyi açıqlamada bugünkü günlərin qiymətləndirməsini aparıb.

Kılıç bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev bir daha bütün dünyaya türkün gücünü göstərib:

"Bu günlərdə böyük tarixi hadisələri yaşayırıq. Qarabağda Azərbaycanın suverenliyi artıq bir daha başqalarının əlinə keçməmək şərti ilə tam bərpa olundu. Qondarma rejim çökdü. Bu, əsrlərə, tarixlərə yazılan möhtəşəm bir hadisədir. Bu böyük qələbənin memarı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev, qəhrəman Azərbaycan xalqı və onun qalib ordusudur. Dünən, 27 sentyabr əziz şəhidlərimizin anım günü idi. Allah onlara, bu müqəddəs yurdun torpaqlarını azad edən igid ərənlərimizə rəhmət eləsin, qazilərimizə tezliklə sağalmağı arzu edirəm. Azərbaycanın sözün əsl mənasında böyük lideri İlham Əliyev bütün bəşəriyyətə bir daha türkün qüdrətini, sarsılmaz iradəsini və haqq uğrunda nahaqla savaşmaq əzmini göstərdi. Bu böyük və çətin mücadilə yolunda, heç şübhəsiz ki, cənab Prezidentin ən yaxın silahdaşı, mübarizə yoldaşı, Türk dünyasının iftixarı Birinci Vitse-prezident Mehriban xanım Əliyeva olub. Yaşasın Azərbaycan, yaşasın Azərbaycan xalqı! Var olsun onun Müzəffər Lideri, Türkün Böyük oğlu və gerçək Komutanı İlham Əliyev! Təbriklər, Cənab Prezident! Təbriklər, Mehriban xanım! Təbriklər, Azərbaycan xalqı, gözün aydın olsun, Türkiyə və bütün Türk dünyası!"

Hulusi Kılıç “44 gün Vətən müharibəsi: Hulusi Kılıç informasiya cəbhəsində” kitabının müəllifidir və kitabın satışından əldə etdiyi 17 min manatı şəhid və qazi ailələrinə yardım məqsədilə YAŞAT fonduna ianə edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR