İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin ixracında REKORD

981 07.11.2023 16:43 Region A A

Oktyabr ayında Türkiyənin ixracı rekord həddə - 22,9 milyard dollara çatıb.

Musavat.com xəbər verir ki, qardaş ölkənin ticarət naziri Ömər Bolatın açıqladığı məlumata görə, ixrac ötən ilin eyni dövrü ilə müqayisədə 7,4 faiz artmaqla, ölkə tarixində ən yüksək həddi təşkil edib.

Nazir həmçinin bildirib ki, ilin əvvəlindən Türkiyənin ixracının ümumi həcmi də rekorda çataraq 254,4 milyard dollar olub.

Qeyd edək ki, Türkiyənin yeni hökuməti bu ilin yekununda ixracın həcmini 265 milyard dollara çatdırmağı hədəfləyirdi. Oktyabrda əldə olunan nəticə göstərir ki, illik ixrac bu hədəfdən daha yüksək olacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR