İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin ilk qadın rejissorlarından biri VƏFAT ETDİ

431 30.01.2024 17:30 Son xəbər A A

Türkiyəli rejissor, ssenarist və prodüser Birsen Kaya dünyasını dəyişib.

Musavat.com xəbər verir ki, Birsen Kaya Türkiyənin ilk qadın rejissorlarından biri olub.

Birsen Kaya 81 yaşında dünyasını dəyişib. Rejissor və prodüser Biket İlhan sənətçinin vəfatını açıqlayıb.

Biket İlhan açıqlamasında bunları deyib: "Macəra filmləri ilə tanınan ilk qadın rejissorlardan biri olan Birsen Kayanı itirdik. Kino həyatına Halit Refiqin assistenti kimi başlayıb və 15 filmə rejissorluq edib. Onunla ötən illərdə "Adana Qızıl Koza Film Festivalı"nda tanış olmuşduq. Mənə rejissorluq illərindən, çətin şəraitdə yaratdığı filmlərdən danışmışdı. Dəyərli dostumuzun məkanı cənnət olsun. Allah rəhmət eləsin".

Türkiye'nin ilk kadın yönetmenlerinden Birsen Kaya hayatını kaybetti - Resim : 2

Birsen Kaya 1963-cü ildə Halit Refiqin köməkçisi kimi işə başlayıb. Halit Refiqin 'Gurbet Kuşları' filmi ilə sektora girən Birsen Kaya 200-ə yaxın filmdə assistent kimi çalışıb. Rejissor Nazmi Özer xəstələndiyi üçün 'Kanlı Kader' filmini yarımçıq qoyandan sonra Birsen Kaya bu filmi tamamlayıb və rejissorluğa ilk addımını atıb. Ssenarilərinin çoxunu özü yazıb. 'Genelevde Kirli Evler' filmini çəkərək ilk erotik filmlərdən birinə imzasınıa atıb. Birsen Kaya ümumilikdə 15 filmə rejissorluq edib və onlardan 11-nin ssenari müəllifidir.

Musavat.com

Türkiye'nin ilk kadın yönetmenlerinden Birsen Kaya hayatını kaybetti - Resim : 1

Türkiye'nin ilk kadın yönetmenlerinden Birsen Kaya hayatını kaybetti - Resim : 3

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR