İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəni SİLKƏLƏYƏN 2 qanlı olaydan sonra SON DƏQİQƏ YENİLİYİ gəlir...

4040 19.04.2026 10:40 Dünya A A

Şanlıurfa və Kahramanmaraşda baş verən məktəb hücumlarından sonra Türkiyənin İnformasiya Texnologiyaları və Rabitə İdarəsi yeni tədbirlərin hazırlığına başlayıb.

Musavat.com xatırladır ki, Türkiyəni sarsıdan bu hadisələrdə hər iki hücumçunun zorakılıq xarakterli kompüter və mobil oyunlar oynadığı müəyyən edilib.

Yeni tədbirlərin hazırlanmasında məqsəd uşaqların rəqəmsal məzmunlara çıxışını daha ciddi şəkildə nəzarət altına almaqdır.

Məlumata görə, hazırlanmaqda olan tədbirlərin ilk mərhələsi Türkiyədə bloklanmış məzmunlara çıxışı mümkün edən VPN xidmətlərini əhatə edəcək. Bu çərçivədə VPN xidmətlərinin lisenziyalaşdırılması ilə bağlı yeni qaydaların tətbiqi planlaşdırılır. Məqsəd qadağan olunmuş məzmuna dolayı yollarla çıxışın qarşısını almaqdır.

Digər mühüm yenilik isə mobil operator abunəçiləri ilə bağlıdır. Planlaşdırılan dəyişikliklərə əsasən, 18 yaşdan aşağı istifadəçilərə aid telefon xətləri “uşaq xətti” kimi ayrıca kateqoriyaya bölünəcək. Bu sistem sayəsində valideyn nəzarəti gücləndiriləcək, uşaqların istifadə etdiyi rəqəmsal məzmunlara daha sərt məhdudiyyətlər tətbiq olunacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR