İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəni “parçalamaq” istəyənlər yenə ortaya çıxdı

1137 07.06.2024 14:27 Siyasət A A

Kürdüstan layihəsinin arxasında dünyanın böyük korporasiyaları və ABŞ dayanır

İsrailin baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahunun özünün X hesabında ötən həftə kürdlərin müdafiəsi ilə bağlı paylaşımı xüsusilə qardaş ölkənin mediasında hələ də ciddi müzakirə mövzusu olaraq qalır. 

“Kürd dövləti projesi” məlumdur ki, yeni layihə deyil, əsasən də Qərb ölkələri tərəfindən illərdir ki, bu istiqamətdə işlər aparılır. Bir “kürd zolağı” yaratmağa çalışırlar. Türkiyə bunun qarşısını almaq üçün İraq və Suriyanın şimalındakı əməliyyatları zaman-zaman davam edir. Türkiyənin məqsədi öz sərhədlərində bu planın qarşısını alacaq bir təhlükəsizlik zolağı yaratmaqdır. Bu xəyali dövlətin sərhədləri də İraq (Şimal), Suriya (Şimal), İran (Güney Azərbaycan) və Türkiyənin (Cənub-Şərqi Anadolu) müəyyən ərazilərini əhatə edir. Planın başında bəzi Qərb dövlətləri, xüsusən də ABŞ-ın dayandığı bildirilir.

Sovet dönəmində də Azərbaycana yönəlik “Qırmızı Kürdüstan” və ya “Sovet Kürdüstanı” adlandırılan proje olub.  Amma bu proje aradan qaldırıldı, bu gün də müzakirə predmeti deyil. Hazırda əsas hədəfləri İran, Türkiyə, Suriya və İraqın müəyyən ərazilərini əhatə edən “kürd zolağı” yaratmaqdır. 

Belə bir xəritənin paylaşılması nəyə və kimlərə xidmət edir? Türkiyənin dünyada gücləndiyi bir vaxtda onun başını yenə belə separatizmlə qatmaq istəyənlər kimlərdir?

Azər Hüseynov:"İlkin mərhələdə bu “Ar(sız)sax”ın Araik deyilən marionetini  iqtisadi qısqaca almalıyıq"

Azər Hüseynov

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov bu paylaşımı indiki vaxtda təsadüfi hesab etmir: “Türkiyənin istiqrarı, gücü, sabitliyi və bütövlüyü bizim sabitliyimiz və bütövlüyümüzdür. Türkiyəyə atılan oxlar bizi də vurar. Nədən qaynaqlanır bu paylaşım? Bu bəlkə də Netanyahu hökumətinin içində olduğu çıxılmaz vəziyyətlə bağlıdır. Çünki İsrailin özündə belə bir sıra siyasi qüvvələr bu hökumətin istefasını tələb edir, mövcud hərbi kampaniyanı tənqid edirlər. Netanyahu hökuməti hərbi kampaniyaya qədər İsraildə onsuz da korrupsiya məsələləri ilə bağlı olaraq hüquqi problemlər yaşayırdı. Digər tərəfdən, Qəzzada aparılan hərbi kampaniya İsrailin imicinə ciddi ziyan vurub. Hətta İsrailin 1948-ci ildən sonra hamisi və müttəfiqi ABŞ belə öz narahatlıqlarını dilə gətirməkdədir. Dünyada Fələstini tanımaq istiqamətində başlanan kampaniya Avropa və Amerikanın məhəllələrindən parlamentlərinə keçdi. Artıq məsələn, bu gün Sloveniya belə Fələstini tanıdı. Ümumiyyətlə, tarixi prosesə baxanda Fələstin bütün antiimperialist güclərin qibləsi olub. Elə götürək qardaş Türkiyəni. Dindar olmayan kommunist Dəniz Gəzmiş də Fələstin üçün mücadilə edib, Türkiyədəki dindar dairələrin də insanları mücadilə edibdir. Yəni mövcud İsrail hökuməti getdikcə daxili və beynəlxalq dayaqlarını itirir. Fələstində şiddətli müqavimətlə üzləşir. Fələstində, Qəzzada, Rəfahda bombalar altında qalan körpələrin cəsədləri bütün dünyanı silkələyir. Təbii ki, türklər təbiətləri və tarixləri gərəyi həmişə məzlumun yanında olub və onun dininə belə baxmayıbdır. Çünki məzlumun dininə baxılmaz. Məhz buna görə də bir zaman İspaniyadan sürgün edilən məzlum yəhudilərə Osmanlı sahib çıxıb. 1918-ci il 15 iyunda Bakını erməni qarışıq Senrokaspidən azad edən Nuru Paşa da bizim tariximizdə qardaşlıq naxışı toxuyub. İndi də Türkiyə Fələstindəki insanlıq dramını dayandırmaq üçün çalışır. Bütün diplomatik vasitələrini işə salır. Türkiyənin bu addımlarını isə beynəlxalq imperializm götürmür. Ona görə də istər sosial media üzərindən, istərsə də digər vasitələrlə Türkiyə hədəf alınır. Kürd zolağı məsələsinə gəldikdə, kürdlər bu coğrafiyanın qardaş xalqlarındandır. Ona görə PKK-PYD və kürd xalqını eyniləşdirmək olmaz. Kürd məsələsindən istifadə edərək Türkiyəni bölməyə çalışanlar daha sonra bizi də bölməyə qalxa bilərlər. Ona görə də bu cür məsələlərdə həssas olmalı və qardaş Türkiyənin yanında dayanmalıyıq. Türkiyə ilə ortaq hədəflərimiz olduğu kimi ortaq təhdidlərimiz də var. Türkiyəni hədəf alan istənilən addım bizi də hədəf almaq deməkdir. Bəzən eyforiyaya qapılmamaq lazımdır. Biz iki qardaş dünyanın önəmli dövlətiyik, biz Türk dünyasının göz bəbəyiyik və biz İslam dünyasının qalib dövlətiyik. Bu cür paylaşılan xəritələr isə yeni deyildir. Deməli, biz ehtiyatlı olmalıyıq, xarici siyasi kursumuzda yüksək dövlət iradəsinin, konkret olaraq birinci şəxsin fikirlərində, sözlərində konseptual mesajları tutmalıyıq. Bu paylaşım gələcəkdə hansı ssenarilərin ola biləcəyinə dair bizə işıq tutur. Biz heç bir xalqın, ölkənin dağılmasını istəmirik. Azərbaycan da, Türkiyə də bölgədə və dünyada sülhdən və əmin-amanlıqdan yanadırlar. Bu, Azərbaycan və Türkiyə xarici siyasətinin ana kursudur. Amma görünən odur ki, Qərb və onun lokal və regional müttəfiqləri bir sıra hallarda bununla razılaşmaq istəmirlər. Sovet Kürdüstanı məsələsinə gəldikdə isə bunu bu gün heç kim istismar edə bilməz. Azərbaycan bütün qardaş xalqların, o cümlədən də kürdlərin birgə yaşadığı möhtəşəm bir ailədir”.

Bütün bunlar çox yüksək göstəricilərdir…” – SONA ƏLİYEVA – EtikXəbər

Sona Əliyeva

Siyasi təhlilçi Sona Əliyeva isə qeyd etdi ki, Kürdüstan layihəsinin arxasında dünyanın böyük korporasiyaları, eləcə də ABŞ və İsrail kimi dövlətlər dayanır: “Bu layihə bir Britaniya projesidir. İndi onun icraçıları ABŞ, İsrail, Fransa kimi ölkələrin bədnam maliyyə donorlarıdır. Məqsəd isə türk dövlətçiliyini aradan qaldırmaq, "parçala, hökm sür" siyasətini yeni müstəviyə daşımaqdır. Güclü Türkiyə isə həmişə Kürdüstan projesinin önündə ciddi maneədir. İsrail baş nazirinin oğlunun paylaşdığı xəritə də məhz yenidən Türkiyəni bu çıxılmaz uçuruma sürükləməkdədir. Yair Netanyahu bu xəritəni Türk Ordusunun Metinada irəlilədiyi, bütün strateji yüksəklikləri nəzarətə götürdüyü vaxtda paylaşıb. Deməli, Türkiyənin İraqın şimalında möhkəmlənməsi yəhudilərin və amerikalıların maraqlarına böyük zərbə vurub. Hazırda Güney Azərbaycanda da vəziyyət gərgindir. Silahlı kürdlər əliyalın Azərbaycan türklərini sıxışdırıb çıxarmaq istəyir. Hətta son 20 ildə farslar tərəfindən xeyli sayda kürd Urmiya, Mərənd kimi ərazilərdə yerləşdirilib. İndi Təbriz əhalisinin demoqrafik vəziyyətini dəyişmək üçün varlı kürdlər üsyanlar şəhərinə yerləşdirilir. Düşünürəm ki, Güney Azərbaycanın qeyrətli oğulları bu prosesi durdurmağı bacaracaq. Kərkük türklərinin yaşadığı bölgələrdə də eyni durumdur. Vaxtilə Ərbil başdan-başa bir türkmən şəhəri idi. Sonra onların başına   müsibət gətirən kürdlər türkmən qardaşlarımızı yerlərindən, yurdlarından didərgin saldılar. İndi Ərbil kürd separatçılarının əsas mərkəzidir. Bütün bunlar da ABŞ və İsrail dərin dövlətlərinin birgə oyununun bir parçasıdır. Düşünürəm ki, Türkiyə gücləndikcə Kürdüstan prosesi ləngiyəcək və proje kimi aradan qalxacaq".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR