İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəni necə nüvə dövləti edək?..

663 29.06.2026 10:04 Yazarlar A A

İranlı “molla”lar “qalib pozası” tutmağa can atsalar da bunun üçün hələki bircə əsasları var, o, da budur ki, ABŞ və İsrail İrandakı az qala, yarıməsrlik rejimi dəyişə bilmədi. Belədəsə, Trampa inansaq, İran rejini guya bütün güzəştlərə hazırdır, əsasən də nüvə məsələsində. Halbuki bu da bir lətifənin predmeti olmağa layiqdir: əgər rejim beləcə nüvə çalışmalarından imtina edəcəkdisə, yarıməsrlik məhrumiyyətlər, sanksiyalar, böyük məsrəflər kimə və nəyə lazımı idi?

Şimali Koreya kimi axmaq ölkə, səhv etmirəmsə, heç kimə hesabat – filan vermədən hidrogen bolmasına da sahib oldu. Trampın özünə gəldikdə, o, da daha çox, necə deyər, aradan sürüşmək istəyir, amma müharibəni başlamaq bir problemdirsə, qurtarmaq ikidir – xüsusən də işlər alayarımçıq olanda.

Başa düşmək olmur ki, İranla növbəti müharibədən sonra kardinal şəkildə nə dəyişdi? Bəli, beş-on yüksək ranqlı iranlı öldürüldü. Qalan məsələlərə gəldikdə, demişik və deyirik ki, burda yalnız pauza olacaq, bəli, sülh yox, müvəqqəti pauza: çünki “mollalar” da iddialarından tam əl çəkməyəcəklər.

Səmimi deyirik ki, İrandakı rejim durduqca bu ölkənin nüvə silahına sahib olmasını arzulamazdıq. İstərdik bu missiyanı qardaş Türkiyə götürsün. Bilirəm, deyəcəksiniz ki, imkan verməyəcəklər! Ola bilər, amma Pakistan nüvə dövləti oldu axı! Belədəsə, belə işlər heç də asan başa gəlmir heç yerdə...

Hind fiziki Babanın ölümünü hələ də nüvə silahıyla bağlayırlar, adam ölkəsinin nüvə proqramının rəhbəridi. Məncə, pakistanlı fizik Xan da az problemlər yaşamadı; heç nə asan başa gəlmir, gərək, ruhdan düşməyib çalışasan.

Qardaş Türkiyədə artıq Akkuyu stansiyasının tikintisi əgər, səhv etmirəmsə, başa çatmaq üzrədir. Bundan əlavə iki stansiya da nəzərdə tutulur deyəsən. Düzdür, indi dnüyada nüvə enerjisinə skeptik yanaşanlar, hətta AEC-lərini bağlayan ölkələr də var. Amma o da var ki, hələ ənənəvi enerji mənbələrinə əsl alternativ əsasən nüvə enerjisidir, hətta təbiətdə də, kosmosda da əsas enerji nüvə enerjisidr – ulduzlardan tutmuş aktiv qalaktikaların nüvəsinə qədər...
Bizə elə gəlir ki, Ankara nüvə silahı haqda da ciddi düşünməlidir. Biz də ona yardımçı olmalıyıq, çünki Türkiyənin belə silaha sahib olması bizim də gücümüzü artırar. Regionçün də bunun çox ciddi nəticələri ola bilər.

Hazırda regionda dörd mərkəz əsas aparıcı olmaq istəyir: İsrail, Türkiyə, İran və Səudiyyə. Bunların hər birinin özünə görə böyük resursu, potensialı var. Bizim Türkiyə də bu sıralamada az qala, aparıcı olmaq imkanlarına malikdir. Düşünmək lazım deyil ki, Türkiyə nüvə sevdasına düşsə “cəzalandırılacaq”, yox, məncə, olmayacaq.

Ankara Qərbə yaxın ölkədir, NATO-nun üzvüdür və sərsəm rus siyasətçilərinin “proqnozlar”ına rəğmən NATO-nu tərk etmədi və belə fikri də yox, əksinə bir neçə gündən sonra Ankarada NATO-nun sammiti olacaqdır. Görün, bu günlərdə prezident Tramp Tütkiyə haqqında necə yüksək sözlər dedi! Səbəb? Türkiyənin əsgəri gücü! Müharibələri toplar, raketlər başlayır, əsgərlər başa çatdırırlar!..

Resurslar da yetərincədir: maliyyə imkanları yana (Bakı da yardımçı ola bilər və olmalıdır), uran ehtiyatlarımız da var – Qazaxıstanın uran ehtiyatlarına hətta Fransa kimi dövlətlər də maraq göstərir.

Düşünürük, elmi potensial sarıdan problem olmaz. Ankaranın nüvə fizikası, elementar zərrəciklər sahəsində bir ara ciddi simaları vardı və güman ki, indi də var. Ona görə də bütün bu problemlər haqqında ciddi düşünməyə dəyər məncə.

Hətta bizim regionda çox mürəkkəb proseslərin əlaməti görünür. Söhbət keçmiş sover məkanının hələ də “havada qalan” hissəsindən gedir.

Bir neçə gündür ruslar Rumıniya və Moldovanın birləşməsi məsələsini atıb ortaya. Maraqlıısı budur ki, hazırda bu ideyanın müəllifi rusiyanümlü bir siyasətçidir. Düşünürük ki, Kreml hazırda Moldovanı qarışdırmaq istəyir, ona görə ki, məsələ indi gündəmə gəlsə, rusdilli əhali (“linqvistik azlıq”), Dnestr problemi gündəmə gələcək, Moskvanın guya ki, “azadlıq missiyası”na ehtiyac yaranacaqdır: indi özünüz ğörün, bunlar necə məkrli planlar qururlar!..

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR