İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəli jurnalist İrəvanda: “Ankara istəyir ki...”

1274 05.12.2023 15:17 Son xəbər A A

“Türkiyə regionda uzunmüddətli sülhə nail olmaq üçün Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanmasına töhfə verir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin TGRT xəbər agentliyinin xarici xəbərlər departamentinin direktoru Emre Diner bu gün İrəvanda “Yeni regional reallıqlar və dünyanın kəsişmə nöqtələri” adlı konfransda bildirib.

Onun sözlərinə görə, xüsusilə Qarabağ müharibəsindən sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması regionda sülhün bərqərar olması üçün həyati əhəmiyyət kəsb edir. 

Emre Diner Türkiyənin İrəvanla Bakı arasında münasibətlərin normallaşmasına sadiq olduğuna əminliyini bildirib, “3+3” formatının Ankaranın təşəbbüsü ilə başladığını xatırladıb.

“Koronavirusdan sonra dünyanın müxtəlif yerlərində tarazlıq pozulub. Söhbət Rusiya ilə Ukrayna arasındakı müharibədən, eləcə də Qəzzadakı savaşdan gedir. Bu münaqişələr bizim yaşadığımız dünyanı dəyişir. Münaqişənin həlli ilə bağlı ortaq mövqelərin olması vacibdir. Onların həlli yeganə yoldur”, - deyə E.Diner əlavə edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR