İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəli hərbçilər kürdcə danışaraq tələyə saldıqları terrorçuları ələ keçirdi - ANBAAN VİDEO

1179 12.11.2022 16:49 Gündəm A A

 

Pəncə - Kilid Əməliyyatı ilə terror təşkilatında təmizləmə prosesi daha da sürətlənib.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, terrorçuların gizləndikləri mağaradan çıxması və təslim olma anının yeni görüntüləri yayılıb. 

Mağarada gizlənən 5 terrorçu qaça bilməyəcəklərini anladıqdan sonra türkiyəli hərbçilərə təslim olub. Türkiyəli hərbçilər təslim olan terrorçuları kürdcə danışaraq mağaradan çıxarıb. 

Qeyd edək ki, türkiyəli hərbçilər bölgədə terrorçuların istifadə etdiyi mağaraları və sığınacaqları aşkar edərək onları yararsız hala salmaqda davam edir.  Terrorçu yuvalarını bir-bir dağıdılır. Aprelin ortalarından başlayan əməliyyat çərçivəsində 400-dən çox terrorçu zərərsizləşdirilib, 500-dən çox mağara, sığınacaq və 2000-ə yaxın əldəqayırma partlayıcı məhv edilib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR