İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəli bloqerlər Şuşadakı festivaldan paylaşımlar etdi- VİDEO

891 06.05.2022 18:40 Gündəm A A

Xəbər verdiyimiz kimi, bu gün Şuşada Birinci Beynəlxalq Kulinariya Festivalı keçirilir. Ləziz təamlar bayramına çevrilən Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalında bu şəhərin qədimliyi, gözəlliyi, Azərbaycan xalqının qonaqpərvərliyi bir daha nümayiş etdirilir.   

Festivala həm yerli, həm də xarici ölkədən olan qonaqlar, bloqerlər qatılıb. Qardaş ölkə Türkiyədən olan bloqerlər də festivala xüsusi diqqət ayırıb. Belə ki, onlar sosial şəbəkə hesablarında festivalla bağlı bir-birindən rəngarəng videolar paylaşıblar.

Qeyd edək ki, Şuşada Birinci Beynəlxalq Kulinariya Festivalı Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə keçirilir.

Qafqazinfo-ya istinadən həmin görüntüləri təqdim edirik:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR