İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəli basketbolçu NBA-da rekord qırdı - FOTOLAR

673 06.03.2024 20:22 Dünya A A

Milli Basketbol Assosiasiyasında (NBA) "Hyuston Rokets"in "San-Antonio Spörs"ü 114-101 hesabı ilə məğlub etdiyi matçda türkiyəli basketbolçu Alperen Şengün rekord qırıb.

Musavat.com oxu.az-a istinadən bildirir ki, 21 yaşlı Alperen Şengün bir oyunda ən çox xal toplayan türk basketbolçu kimi tarixə düşüb. Bundan əvvəl Mehmet Okur bir görüşdə 43, Hidayət Türkoğlu isə 39 xal toplamışdı.

"Rokets"lə çıxdığı görüşdə 45 xal qazanan türkiyəli basketbolçu karyera rekordunu yeniləyərək komandasına cari mövsümdə 27-ci qələbəsini qazandırıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR