İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədən SON DƏQİQƏ açıqlama, ilk İSTEFA, Bayden, Kreml və Tehrandan REAKSİYALAR - CANLI

2518 15.05.2023 15:04 Siyasət A A

Türkiyədə səsvermə ilə bağlı qutuların 99 faizi açılıb. Türkiyə Yüksək Seçki Komissiyasının (YSK) sədri Ahmet Yener açıqlama verib. O bildirib ki, ölkə daxilində cəmi 27 qutunun nəticələri yoxlanılmayıb. Xarici ölkələrdə isə 1529 seçki qutusunun nəticəsi sistemə daxil edilməyib.

Hazırkı vəziyyətdə Rəcəb Tayyib Ərdoğan 49,40 faiz, Kamal Kılıcdaroğlu 44,96 faiz, Sinan Oğan 5,2 faiz, Muharrəm İncə isə 0,44 faiz səs alıb.

İranın Xarici İşlər Nazirliyi Türkiyədə keçirilən prezident və parlament seçkiləri ilə bağlı bəyanat yayıb. İran XİN sözçüsü Nasir Kənani səsləndirib. “Bazar günü Türkiyə Cümhuriyyəti xalqının prezident və parlament seçkilərində yüksək səviyyədə iştirakı və onun uğurla keçirilməsi bu qonşu müsəlman ölkədə demokratiyanın qələbəsidir”, - Kənani bildirib. Rusiya türk xalqının seçiminə hörmətlə yanaşacaq. Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskov qeyd edib ki, Rusiya tərəfi Moskva ilə Ankara arasında əməkdaşlığın davam edəcəyinə və genişlənəcəyinə inanır. Kreml rəsmisi onu da vurğulayıb ki, Rusiya Türkiyədə prezident seçkilərinin gedişi ilə bağlı xəbərləri diqqətlə izləyir. “Türkiyə şəffaf seçkilərin keçirilməsini təmin etməyə, qanunsuz hərəkətlərin qarşısını almağa qadir olan güclü suveren ölkədir”, - Peskov əlavə edib. “Ümid edirəm, kim qazanırsa, qazansın. Dünyanın o hissəsində kifayət qədər problem var”, - deyə Bayden velosiped turu zamanı jurnalistlərlə söhbətində bildirib.

“Mayın 15-də Samvel Babayan Stepanakertdə kütləvi etiraz aksiyası keçirəcək və bunun hansı nəticələrə gətirib çıxaracağını anlayıb dəhşətə gəlirəm”. Bunu “Facebook” səhifəsində erməni jurnalist Nairi Xoxikyan yazıb. “Heç kimə sirr deyil ki, Samvel Babayan Nikol Paşinyanın qrupu ilə çox fəal əməkdaşlıq edir və indi Paşinyanın bütün təbliğat maşını Babayanın Artsaxda hakimiyyətə gətirilməsi üçün çalışır. Samvel Babayan özü deyirdi ki, azərbaycanlı iş adamlarının Qarabağa daxil olmasının əleyhinə deyiləm, Qarabağdakı hakimiyyət azərbaycanlılarla əməkdaşlıq etməlidir. Eyni zamanda rus sülhməramlılarından narazılığını bildirir, hətta deyir ki, onlar heç nə edə bilmirlərsə, çıxıb getsinlər”, - deyə erməni jurnalist əlavə edir.

Samvel Babayanın Xankəndində mitinq keçirməsindən çox narahat olan N. Xoxikyan həmin mitinqdən sonra nələr baş verə biləcəyi haqda versiyalarını sadalayır. Həmin versiyalardan birində o, iddia edir ki, belə mitinq olacağı və haylar arasında qarşıdurma baş verəcəyi halda Azərbaycan Şuşadan Xankəndinə ordu yeridəcək. “Mayın 15-də Stepanakertdə minlərlə insan Artsax hökumətinə qarşı mitinq keçirir. Polislə mütəşəkkil toqquşmaların olması çox mümkündür. Azərbaycan da məhz bunu istəyir. Dərhal Şuşadan öz vətəndaşlarını separatçı hakimiyyətdən qorumaq üçün polis geyimində olan 2000 silahlı şəxs Stepanakertə göndəriləcək. Qalanını təsəvvür edə bilərsiniz” - deyə erməni jurnalist həyəcanla yazır.

“Azərbaycan Artsaxla məhdudlaşmayacaq və Artsax məsələsindən asılı olmayaraq sülhə getmək niyyətində deyil”. Tribunainfo.az erməni mediasına istinadla bildirir ki, bu barədə Ermənistanın keçmiş Ombudsmanı Arman Tatoyan deyib. “Azərbaycan hakimiyyətinin məqsədi saxta sülh, erməni kimliyinin məhv edilməsi pərdəsi altında bizim sayıqlığımızı azaltmaq və təcavüzü təbliğ etməkdir. İndi onların dövlət siyasətinin əsas məqsədlərindən biri də cəmiyyətimizdəki parçalanma və gərginliyi daha da dərinləşdirmək, erməni diasporuna qarşı düşmənçilik münasibəti yaratmaqdır. Bütün bunlar bütün lazımi əsaslandırmalarla sübuta yetirilib”, - deyə Tonoyan iddialar səsləndirib.

Brüsseldə keçirilən üçtərəfli görüşün yekunlarına dair bəyanatın mətni əvvəlcədən hazırlanıb və həm Azərbaycan, həm də Ermənistan tərəfləri ilə razılaşdırılıb. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş hakim Respublika Partiyasının sədr müavini Armen Aşotyan deyib. Revanşist siyasətçinin sözlərinə görə, Paşinyan iqtidarı bəyanatda səslənən bir sıra müddəalara görə məsuliyyəti avroplalıların üzərinə yıxmağa çalışacaq, lakin reallıqda bu cür “əsaslandırmalar” yalnız bəhanədir.

Bu bəyanata əsaslanaraq, Armen Aşotyan görüşün nəticələrinin Ermənistan üçün məyusedici olduğunu deyib. Onun fikrincə, baş nazir Nikol Paşinyan Qarabağı və milli maraqları təslim etməkdə davam edir. “Ən dəhşətli və qulağı deşən fakt ondan ibarətdir ki, Nikol Ermənistan adından Azərbaycanın AzSSR, yəni keçmiş DQMV sərhədləri daxilində ərazi bütövlüyünü tanımağa razılıq verib. Əslində o, Brüsseldə Qarabağı növbəti dəfə təslim etdi. Hər dəfə Qarabağ addım addım təslim edilir”, - deyə Aşotyan bildirib.

TVMusavat-ın saat 15:00-da canlı efirində aparıcı Emil Salamoğlu politoloq Vaqif Hüseynlə söhbətləşir.

Facebook səhifəsinin ünvanı:


https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR