İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədən iddialı iqlim öhdəlikləri: 10 ildə 1 trilyon dollar...

707 01.12.2023 19:33 Dünya A A

Türkiyə 2053-cü ilə qədər atmosferə zərərli maddələrin emissiyasını sıfıra endirməyi planlaşdırır.

Musavat.com TRT Haber telekanalına istinadən xəbər verir ki, bunu Dubayda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP28) 28-ci Tərəflər Konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib:

"Biz 2053-cü ilə qədər sıfır emissiya hədəfinə nail olmağı planlaşdırırıq. İlin sonuna qədər atmosferə karbon qazı emissiyalarını 66,6 milyon ton və 2030-cu ilə qədər emissiyaları iki dəfə azaltmağı planlaşdırırıq".

Onun sözlərinə görə, hazırda Türkiyədə bərpa olunan enerjinin payı 55 faiz təşkil edir. Bu göstəriciyə görə Türkiyə Avropada beşinci, dünyada isə 12-ci yerdədir.

Qeyd edək ki, Türkiyə rəsmiləri daha əvvəl günəş və külək enerjisi də daxil olmaqla bərpa olunan enerji mənbələrinin inkişafına 10 il ərzində təxminən 1 trilyon dollar sərmayə qoymağı planlaşdırdıqlarını açıqlamışdı.

Ərdoğanın sözlərinə görə, 2024-cü ilin yanvarında İstanbulda iqlim dəyişikliyi üzrə hökumətlərarası ekspertlər qrupunun iclasının keçirilməsi planlaşdırılır. Türkiyə həmçinin 2026-cı ildə BMT-nin İqlim Dəyişikliyi üzrə 31-ci Konfransına ev sahibliyi etməyi təklif edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR