İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb, ölənlər var

472 25.04.2022 19:38 Region A A

Türkiyənin Bursa şəhərində təkmühərrikli təlim təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.

Musavat.com “Report”a istinadən xəbər verir ki, bunu Bursa valisi Yakup Canbolat bildirib.

Məlumata görə, hadisə Bursanın Osmanqazi rayonunda baş verib. Bildirilib ki, ölənlərdən biri pilot, o biri isə tələbə pilot olub. Yakup Canbolatın sözlərinə görə, hadisə nəticəsində yaralanan olmayıb.

İlkin məlumata görə, təlim təyyarəsi nasazlıqdan qəzaya uğrayıb. Hadisə nəticəsində yanğın baş verib. Qəza yerinə yanğınsöndürənlər və təcili tibbi yardım heyəti cəlb olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR