İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə təhlükəsizlik qüvvələri səfərbər edildi

913 28.01.2024 19:01 Son xəbər A A

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya İstanbulda yerləşən Santa Mariya kilsəsində törədilən silahlı insidentlə bağlı mediaya açıqlama verib.

Musavat.com axar.az-a istinadən xəbər verir ki, nazir hadisəni törədənlərin saxlanılması istiqamətində İstanbul Valiliyi, Polis və Kəşfiyyat təşkilatları başda olmaqla ölkənin bütün təhlükəsizlik qüvvələrinin səfərbər edildiyini deyib.

Türkiyədə müxtəlif dinlərə məxsus insanların birlik və sülh içində yaşadığını vurğulayan nazir, bu bərabərliyin heç bir qüvvə tərəfindən pozulmasına imkan verilməyəcəyini ifadə edib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda ölmaqla ölkə siyasətçiləri, o cümlədən dövlət rəsmiləri törədilən bu qanlı hadisəni lənətlədiklərini ifadə ediblər.

Xatırladaq ki, bu gün İstanbulda yerləşən Santa Mariya silahlı insident baş verib.

Maskalı iki şəxs tərəfində açılan atəş nəticəsində bir nəfər ölüb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR