İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə partiya binasına silahlı HÜCUM- VİDEO

1276 31.03.2023 16:58 Hadisə A A

Türkiyədə “İYİ Partiya”nın İstanbulda yerləşən binasına şəxsiyyəti hələ müəyyən olunmayan şəxs və ya şəxslər tərəfindən silahlı hücum olub. 

Musavat.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 

Görüntülərdən belə aydın olur ki, silahlı hücum nəticəsində partiyanın binasının pəncərələrinə ziyan dəyib. 

Hücumdan sonra polis hadisə yerində araşdırmaları davam etdirir.

Xatırladaq ki, “İYİ Partiya”nın sədri Meral Akşener CHP lideri Kamal Kılıçdaroğlunun vahid namizədliyinə qarşı çıxış edərək “Altılı masa”nı tərk edib. Lakin sonradan M.Akşener “Altılı masa”ya geri qayıdıb və “Millət İttifaqı”nın toplantısından sonra K.Kılıçdaroğlu vahid namizəd elan olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR