İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə mədəndə çökmə: 7 işçi yaralanıb

314 20.03.2023 12:48 Son xəbər A A

Türkiyənin Bolu əyalətinin Mngen rayonunda linyit mədənində baş verən çökmə nəticəsində 7 işçi yüngül xəsarət alıb.

APA TRT haber-ə istinadən xəbər verir ki, Bolunun mədəndə kömür hasil edilərkən istehkam sütununun qırılması nəticəsində çökmə baş verib.

Hadisə yerinə xilasedicilər, sağlamlıq və jandarma qrupları sövq edilib.

Üzərilərinə kömür və odun parçaları düşməsi nəticəsində yüngül xəsarət alan 7 işçi iş yoldaşları tərəfindən karxanadan çıxarılıb.

Təcili yardım tərəfindən ilkin tibbi yardım göstərilən işçilər Boludakı xəstəxanalara aparılıb.

İstehsalın müvəqqəti dayandırıldığı karxanada qəza ilə bağlı qrupların araşdırmaları davam edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR