İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə GÜCLÜ ZƏLZƏLƏ GÖZLƏNİLİR - Professor həmin şəhərlərin ADLARINI AÇIQLADI

3662 07.08.2023 23:15 Gündəm A A

Türkiyəli professor Övgün Ahmet Ercan Mərmərə dənizində baş verən zəlzələ ilə bağlı açıqlamalar verib.

Musavat.com-un xəbərinə görə, sosial media hesabında zəlzələ ilə bağlı şərhlərini paylaşan Ahmet Ercan "Mərmərə dənizində baş verən 3,3 ballıq zəlzələ böyük İstanbul zəlzələsinin xəbərçisidirmi?" sualına cavab verib.

Professor paylaşımında bunları qeyd edib: "6 avqust 2023-cü il, saat 18.29-da Yalova yaxınlığında dənizdə baş verən 3,3 ballıq zəlzələ 1999-cu il tektonik xəttində cüzi bir gərginlikdir. Bu, Şimali Mərmərədə gözlənilən böyük zəlzələ üçün xəbərdarlıq deyil. Mərmərə 7 baldan yuxarı böyük bir zəlzələ yarada biləcək səviyyədə deyil.

Şimali Mərmərə: İstanbul, Yalova, Kocaeli, Çınarcık, Gemlik, Mudanya, Bandırma, Erdek, Biga, Lapseki, Tekirdağ, Şarköy, Gelibolu və Trakiyanın Mərmərə sahillərində baş verəcək zəlzələ onun təsir dairəsində olacaq". 

Qeyd edək ki, dünən saat 18.29-da Mərmərə dənizində 3,3 bal gücündə zəlzələ baş verib. Zəlzələnin dərinliyi 7,7 kilometr olub. Yeraltı təkanlar Yalova, İstanbul, Kocaeli, Sakarya və Bursada da hiss olunub.

Musavat.com

Ahmet Ercan, olası İstanbul depreminde etkilenecek bölgeleri tek tek saydı

Ahmet Ercan, olası İstanbul depreminde etkilenecek bölgeleri tek tek saydı

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR