İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə ƏMƏLİYYAT: Şarj cihazından kokain tapıldı

489 23.01.2024 16:25 Kriminal A A

Türkiyənin İzmir şəhərində narkotik satıcının motosikletindəki şarj cihazından kokain tapılıb.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Karşıyaka rayonunda baş verib.

Məlumata görə, polislər E.T adlı şəxsi texniki və fiziki olaraq təqib ediblər.

Şübhəlinin narkotik maddə satdığını təyin edən qruplar araşdırmalardan sonra E.T.-nin motosikletlə rayona gəldiyini müəyyən ediblər.

O, narkotik satışı üçün başqa bir şəxslə görüşərkən cinayət başında yaxalanıb.

E.T.-nin motosikletinə baxış zamanı onun üzərindən mobil telefon üçün şarj cihazı aşkar edilib.

Şarj cihazına baxış zamanı satışa hazır 10 bağlama kokain aşkar edilib.

Bundan başqa, onun ünvanından 3 ədəd sənədsiz silah, 14 ədəd patron götürülüb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR