İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə DƏHŞƏTLİ QƏZA: Çox sayda avtomobil bir-biri ilə toqquşdu - VİDEO

401 01.12.2022 15:41 Hadisə A A

Türkiyənin dumanlı hava şəraitinə görə zəncirvari qəza baş verib. 

Musavat.com xəbər verir ki, hadisə Bursa-İzmir magistralında olub.

Belə ki, dumanın təsiriylə fərqli nöqtələrdə 3 zəncirvari qəza meydana gəlib. Qəzalarda bir çox avtomobil toqquşub, nəqliyyatda axsamalar yaşanıb.

Karacabey rayonu yaxınlığında meyvə dolu yük maşını dumanın təsiri ilə qarşısındakı digər yük maşınına arxadan çırpılıb. Qəza zamanı yaralılara müdaxilə edərkən arxadan gələn digər avtomobillər də bir-birinə çırpılıb. Son məlumatlara görə, 3 fərqli nöqtədə 20-dən çox böyük və kiçik avtomobilin toqquşduğu qəzalarda bir nəfərin ağır xəsarət aldığı bildirilib.

Bölgə yol və jandarma qrupları qəza ilə əlaqədar araşdırma başlayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR