İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə çoban itlərinin hücumuna məruz qalan 82 yaşlı qadın vəfat etdi - FOTO

655 06.04.2024 13:47 Hadisə A A

Türkiyənin Antalya şəhərinin Akseki rayonunda qəbiristanlığı ziyarət etmək üçün evdən çıxan 82 yaşlı qadına çoban itləri hücum edib.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, yaşlı qadın hadisə yerində dünyasını dəyişib.

Hadisə səhər saatlarında Karakışla məhəlləsində baş verib.

 

Əldə edilən məlumata görə, qəbiristanlığa qohumlarının məzarını ziyarət etməyə gedən Havva Özen R.D. adlı şəxsə məxsus çoban itlərinin hücumuna məruz qalıb.

Bir çox yerindən xəsarət alan qadın hadisə yerində dünyasını dəyişib.

Ərazi yerinə Jandarma qrupları gəlib, hadisə ilə əlaqədar istintaq başlayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR