İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə bahalaşma 38 ölkədə inflyasiyanı sürətləndirdi

897 05.09.2023 19:01 İqtisadiyyat A A

İyul ayında İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) daxil olan ölkələrdə istehlak qiymətləri illik ifadədə 5,9 faiz artıb.

Musavat.com xəbər verir ki, bu, iyundakı 5,7 faizdən çoxdur.

Təşkilatın yaydığı açıqlamaya görə, 2022-ci ilin oktyabrından bəri ilk dəfədir ki, inflyasiyanın aylıq sürətlənməsi müşahidə olunur.

OECD bildirir ki, ümumi göstəricinin artımı əsasən Türkiyədəki bahalaşma ilə bağlı olub. Bu ölkəni nəzərə almasaq, inflyasiya demək olar ki, iyun ayı səviyyəsində qalıb. OECD-nin 38 ölkəsindən 26-da qiymət artımları səngiyib.

OECD ölkələrində enerji qiymətləri əvvəlki ayda 9,6 faiz azaldıqdan sonra iyulda daha 7,5 faiz də azalıb. Ərzaq qiymətləri isə iyunda illik 10,1 faiz artdıqdan sonra iyulda 9,2 faiz (2022-ci ilin fevralından bəri ən kiçik artımdır) artıb.

Ərzaq və enerji xərcləri nəzərə alınamadan istehlak qiymətləri (baza inflyasiya) iyunda illik ifadədə 6,6 faiz artdıqdan sonra ötən ayda 6,7 faizə yüksəlib.

G7 ölkələrində inflyasiya dəyişməyib - 3,9 faiz, G20 ölkələrində isə 5,5 faizdən 5,8 faizə qədər sürətlənib. Avrozonada qiymət artımı (HICP indeksi) iyulda illik ifadədə bir ay əvvəlki 5,5 faizdən 5,3 faizə qədər geriləyib. Bu arada, ərzaq və enerji qiymətləri istisna olmaqla, göstəricinin artım tempi 5,5 faiz civarında qalıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR