İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə ağır qəza: iki aktyor öldü - Fotolar

1320 21.11.2022 18:00 Hadisə A A

Türkiyənin Amasya şəhərində məşhur “Baş bəlası” teatrının kollektivini daşıyan avtobus ağır yol qəzası keçirib.

Musavat.com Türkiyə mətbuatına istinadən bildirir ki, qəza nəticəsində teatrın aktyorları Tolga Güleryüz, Burak Topçu və təşkilatçı Özgür Karataş dünyasını dəyişib.

Yayılan məlumatda 8 nəfərin yaralandığı bildirilir. Yaralılar arasında məşhur aktyor Uraz Kaygılaroğlunun keçmiş xanımı Melis İşiten də var. O, sosial şəbəkədə İşitenin vəziyyətinin yaxşı olduğunu qeyd edib:

“Melislə görüşdüm, həyati təhlükəsi yoxdur. Ceyhun Fersoy da yaxşıdır. Amma Sergen Devecinin vəziyyəti ağırdır”.

Qeyd edək ki, dəhşətli qəza teatr kollektivi Çorumdakı tamaşadan Samsun şəhərinə geri dönərkən baş verib.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR