İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə 12 saat ərzində DƏHŞƏTLİ RƏQƏM: 7 qadın öldürüldü - FOTO

882 28.02.2024 13:42 Gündəm A A

Türkiyədə dünən 12 saat ərzində 7 qadın münasibətdə olduqları və ya boşanmaq istədikləri kişilər tərəfindən qətlə yetirilib.

Musavat.com xəbər verir ki, qətl hadisələri Bursa, Adıyaman, Ərzurum, Sakarya, İstanbul, Dənizli və İzmir şəhərlərində baş verib.

Bursada 41 yaşlı iki uşaq anası Tuba Ateşci bir il əvvəl boşandığı və barışmaq üçün görüşə dəvət etdiyi keçmiş əri Murat Dəmir tərəfindən silahla qətlə yetirilib. Hadisədən sonra özü də intihar edib.

Adıyamanda da Tuğba A adlı qadın bacısının yoldaşı və 9 yaşlı övladı ilə birgə keçmiş əri tərəfindən silahlı hücuma məruz qalıb. Ağır yaralanan hər üç şəxs xəstəxanada hayatını itirib.

Ərzurumda həbsxanadan qaçan Şafak Saydam keçmiş arvadı Elif Saydama atəş açıb. Bir həftəlik həyat mübarizəsindən sonra qadın xəstəxanada dünyasını dəyişib.

Sakaryanın Akyazı rayonunda Əli Rıza Aslan boşanma prosesində olan həyat yoldaşı Hatun Ekrem Aslanı tapança ilə vuraraq öldürüb və intihar edib.

İstanbulun Çekmeköy şəhərində Hakan Araz həyat yoldaşı Emine Ülkü Arazı evində tapança ilə girov götürüb. Polis silahlı şəxsi fikrindən yayındıra bilməyib və nəticədə qadın əri tərəfindən qətlə yetirilib.

Dənizlinin Pamukkale rayonunda evdə boğazından bıçaqlanmış vəziyyətdə tapılan əfqan əsilli Nasım Gül Karımı xilas etmək mümkün olmayıb. Onun evdə olan əri Məhəmməd İsmayıl Həbibi saxlanılıb.

İzmirin Aliağa rayonunda Ahmet Çankaya ayrı yaşadığı həyat yoldaşı Özlem Çankayanı bıçaqlayaraq öldürüb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR