İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə və ABŞ prezidentlərinin müzakirə etdikləri məsələlər açıqlanıb - VİDEO

1155 15.11.2022 16:23 Gündəm A A

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Co Bayden Balidə keçirdikləri görüş zamanı iki ölkə arasındakı əlaqələri, xüsusilə ticarət və təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Bayden İstanbulda törədilən terror aktında həyatını itirənlərlə bağlı başsağlığı verib.

Regional hadisələrin də qiymətləndirildiyi görüşdə ABŞ prezidenti Rusiya ilə Ukrayna arasındakı taxıl dəhlizindəki problemin həlli və daşıqların bərpası istiqamətində göstərdiyi səylərə görə Ərdoğana təşəkkür edib.

Türkiyə ilə ABŞ arasında “F-16” prosesini dəstəkləməyə davam edəcəyini bildirən Bayden qeyd edib ki, Türkiyə İsveçin NATO üzvlüyü prosesində mühüm aktordur.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Co Baydenlə görüşüb.

Onlar Balidə keçirilən G20 Liderlər Zirvəsi çərçivəsində bir araya gəliblər.

Mənbə: TRT Haber

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR