İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə ordusu İraqın şimalında PKK-nın mövqelərini vurub

532 20.03.2024 04:04 Dünya A A

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK terror təşkilatının mövqelərinə zərbə endirib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

“İraqın şimalındakı Metina, Zap, Hakurk, Qara və Kandil bölgələrində PKK terror təşkilatı tərəfindən istifadə edildiyi müəyyən edilmiş sığınacaq, bunker və mağaralardan ibarət cəmi 27 obyekt həyata keçirilmiş hava əməliyyatları ilə məhv edilib”, – hərbi qurum diqqətə çatdırıb.

Xatırladaq ki, ötən gün İraqın şimalında diversiya cəhdinin qarşısı alınarkən Türkiyə ordusu itki verib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR