İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Niderlandla oyuna BU heyətlə çıxır

1209 06.07.2024 19:19 İdman A A

Bu axşam Türkiyə milli komandası Avro-2024-ün 1/4 finalında Niderland yığması ilə qarşılaşacaq.

“Ay-ulduz”lu komandanın italiyalı baş məşqçisi Vinçenzo Montella oyun öncəsi verdiyi açıqlamada qələbə qazanacaqlarına inandığını vurğulayıb.

“Biz tarix yazmaq istəyirik. Niderlanda oyununa hazırıq. Merih Demirala haqsız cəza verildi. Üzgünük, amma bu, bizi daha çox motivasiya edəcək”, – baş məşqçi deyib.

Türkiyə millisinin meydana çıxacaq heyəti də artıq məlumdur: Mert Günok, Mert Müldür, Samet Akaydın, Abdülkerim Bardakçı, Ferdi Kadıoğlu, Okay Yokuşlu, Kaan Ayhan, Hakan Çalxanoğlu, Kenan Yıldız, Arda Güler, Barış Alper.

Qeyd edək ki, bu gecə keçiriləcək Niderland – Türkiyə matçı saat 23:00-da başlayacaq. Oyun Berlində yerləşən Olimpiya stadionunda baş tutacaq. (demokrat.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR