İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə millisi evdə İtaliyaya uduzub

861 30.03.2022 02:06 İdman A A

Futbol üzrə Türkiyə millisi yoldaşlıq oyunu keçirib.

"Report"un məlumatına görə, "ay-ulduzlular" evdə İtaliya yığmasını qəbul edib. Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesabı 3-cü dəqiqədə meydan sahibləri açıblar. Cengiz Ünder 4-cü dəqiqədə fərqlənib. 35-ci dəqiqədə Brian Kristante tarazlığı bərpa edib. Cəmi 4 dəqiqə sonra Cakomo Raspadori 2-ci topu Türkiyə millisinin qapısından keçirib. 22 yaşlı hücumçu 69-cu dəqiqədə dubl edib. Görüşdə son nöqtəni isə Serdar Dursun qoyub. "Fənərbağça"nın forvardı 83-cü dəqiqədə Çağlar Söyüncünün ötürməsini qola çevirib.

Qeyd edək ki, Türkiyə və İtaliya yığmaları pley-off mərhələsində müvafiq olaraq Portuqaliya və Şimali İrlandiyaya uduzaraq, DÇ-2022-dən kənarda qalıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR