İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Milli Təhlükəsizlik Şurası: terror təşkilatları ilə mübarizə davam edəcək

329 25.01.2024 23:08 Dünya A A

Türkiyə beynəlxalq hüquqa əsaslanaraq ölkə üçün təhlükə yaradan bütün terror təşkilatları ilə mübarizə aparmağa davam edəcək.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasının nəticələrinə dair bəyanatda deyilir.

Qeyd olunub ki, Türkiyə qonşusu İraqla terror təşkilatlarına qarşı mübarizədə atılacaq addımlarla bağlı təmasları artıraraq ortaq coğrafiyada sülhün təmin edilməsi istiqamətində səyləri gücləndirir.

İclas zamanı, həmçinin, Liviya, Somali və Sudandakı vəziyyət və baş verə biləcək proseslər müzakirə edilib. Əlavə olunub ki, Türkiyə dost və qardaş ölkələrin ərazi bütövlüyünü dəstəkləyəcək, cari məsələlərin həlli istiqamətində tərəflərlə təmasda olaraq müvafiq səylərini davam etdirəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR